Hörmətli sərnişin!
Xahiş edirik nəzərə alasınız ki, "COVID-19" pandemiyası zamanı Azərbaycandan yerinə yetirilən reyslərin sərnişinlərindən TƏBİB tərəfindən akkreditasiya olunmuş laboratoriyalarda icbari qaydada testdən keçmək tələb olunur. Həmçinin digər ölkələrdən Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır (yalnız “PCR”-testlər qəbul olunur).
Koronavirus testinin keçirilməsini təstiq edən arayış reysin uçuşundan ən gec 48 saat əvvəl alınmalıdır.
DİQQƏT! İcbari testdən keçməyən və uçuş hava limanında arayış təqdim etməyən sərnişinlər reysə buraxılmayacaq. COVID-19 əlamətləri olan sərnişinlər aerovağzal kompleksinin binasına buraxılmayacaq. Həmçinin analizinin cavabı müsbət nəticələnən sərnişinlər reysə qəbul edilməyəcək.