“BUTA AIRWAYS” aviaşirkətinin livreyası və loqotipi təsdiq olunmuşdur

02.05.2017

2 iyun 2017-ci il, Bakı - Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti “BUTA AIRWAYS”-in loqotipi, özünəməxsus korporativ üslubu və livreyası milli koloritin saxlanılması ilə tərtib olunmuşdur.

“BUTA AIRWAYS”-in loqotipi Azərbaycanın buta ornamenti formasında təsvir olunan mifoloji müqəddəs Simurq quşu rəmzini özündə əks etdirir.

Aviaşirkətin parlaq livreyasında buta naxışları “Azərbaycan Hava Yolları” QSC-nin (“BUTA AIRWAYS” AZAL QSC-nin struktur bölməsidir) korporativ göy rəngində, həmçinin Azərbaycan bayrağında əks olunan parlaq qırmızı rəngdə təsvir olunmuşdur. 

“BUTA AIRWAYS”-in donanması müasir “Embraer” təyyarələrindən ibarət olacaq.

Hazırda aviaşirkətin qiymət siyasəti, daşınma qaydaları, həmçinin marşrut şəbəkəsinin işlənib hazırlanması prosesi başa çatmaq üzrədir. Bu barədə yaxın zamanda ictimaiyyətə ətraflı məlumat təqdim ediləcək.

Bununla eyni vaxtda aviaşirkətin saytının işə salınması da gözlənilir. Sayt vasitəsilə aviabilet almaq mümkün olacaq.  Eyni zamanda aviabiletləri kassalarda və rəsmi agentliklərdə əldə etmək mümkün olacaq.

 

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti

Son xəbərlər

09.08.2018

Heydər Əliyev Beynəlxalq Aeroportu ilk yeddi ay ərzində 2,5 milyon sərnişinə xidmət göstərmişdir

Ətraflı
25.05.2018

AZAL və “Buta Airways”in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək

Ətraflı
14.05.2018

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 15 faiz artmışdır

Ətraflı