AZAL marşrut şəbəkəsinə Mahaçqala şəhərini əlavə edir

03.03.2023

3 mart 2023-cü il, Bakı - “AZAL” QSC-nin tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti mart ayından etibarən Bakıdan Mahaçqalaya və əks istiqamətdə uçuşlar yerinə yetirməyə başlayacaq.

Aviaşirkətin Bakı-Mahaçqala-Bakı marşrutu üzrə ilk reysi martın 15-də həyata keçiriləcək. “Buta Airways” aviaşirkəti bu istiqamətdə həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri uçuşlar həyata keçirəcək.

“Buta Airways” aviaşirkəti bu istiqamətdə həftədə 2 dəfə uçuşlar həyata keçirəcək.

“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

 

“Buta Airways” aviaşirkətinin mətbuat xidməti

Son xəbərlər

28.07.2023

“Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid brend altında birləşir

Ətraflı
03.06.2023

Səyahət xəbərdarlığı: İran İslam Respublikası

Ətraflı
07.03.2023

AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzon şəhərinə reyslər açır

Ətraflı