İyul ayında “Buta Airways” aviaşirkəti Ufa şəhərinə uçuşlar həyata keçirməyə başlayacaq

14.06.2022

14 iyun 2022-ci il, Bakı – “Buta Airways” aşağıbüdcəli aviaşirkəti iyul ayında Bakıdan Ufa şəhərinə və geriyə uçuşları bərpa edir.

Aviaşirkət 3 iyuldan etibarən Heydər Əliyev Beynəlxalq Aeroportundan  Ufa şəhərinə reyslər yerinə yetirməyə başlayacaq. Bakı-Ufa-Bakı istiqaməti üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Həmçinin xatırladaq ki, “Buta Airways” aviaşirkəti 15 iyundan etibarən həftədə iki dəfə olmaqla  Həştərxan (cümə axşamı və bazar günləri), Mineralnıye Vodı (çərşənbə axşamı və bazar günləri), Kazan (çərşənbə və şənbə günləri) şəhərlərinə uçuşlar yerinə yetirməyə başlayacaq.

“Buta Airways”  aviaşirkətinin Rusiya şəhərlərinə  planlaşdırılan bütün reyslərinə biletlər artıq aviadaşıyıcının akkreditə olunmuş agentliklərində, habelə aviaşirkətin www.butaairways.az rəsmi saytında satışdadır.

Bu reyslərə qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

Rusiyaya səyahət etməyi planlaşdıran sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qayda və məhdudiyyətlərlə tanış olmaq tövsiyə olunur. Pandemiya dövründə ölkəyə giriş qaydaları ilə aviaşirkətin saytında tanış olmaq olar:

https://www.butaairways.az/az/covid/russia.

Azərbaycana giriş qaydaları haqqında məlumatla  aşağıdakı keçid vasitəsilə tanış olmaq olar:

https://www.butaairways.az/az/covid/azerbaijan.

 

“Buta Airways” aviaşirkətinin mətbuat xidməti

 

Son xəbərlər

07.03.2023

AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzon şəhərinə reyslər açır

Ətraflı
03.03.2023

“Buta Airways”dən Türkiyənin məşhur şəhərlərinə yeni aksiya

Ətraflı
03.03.2023

AZAL marşrut şəbəkəsinə Mahaçqala şəhərini əlavə edir

Ətraflı