“Buta Airways”dən Türkiyənin məşhur şəhərlərinə yeni aksiya

03.03.2023

3 mart 2023-cü il, Bakı - “Buta Airways” aşağıbüdcəli aviaşirkəti sərnişinləri üçün Türkiyənin məşhur şəhərləri - İstanbul, İzmir və Ankara reyslərində yeni aksiyaya başlayıb.

Martın 27-dən aprelin 18-dək bu şəhərlərə gediş-gəliş biletləri əldə edərkən hər bir sərnişinə çəkisi 23 kq-a qədər olan bir əlavə ödənişsiz baqaj yeri təqdim olunur. Bundan əlavə, “AZAL Miles” loyallıq proqramının iştirakçıları bu istiqamətlər üzrə hər uçuşa görə ikiqat mil qazanacaqlar.

Aksiya üzrə aviabiletlərin rəsmiləşdirməsi üçün aprelin 18-dək daxil olmaqla AZAL aviaşirkətinin bütün akkreditə olunmuş agentliklərinə və ya callcenter@butaairways.az elektron poçtu vasitəsilə aviaşirkətin çağrı mərkəzinə müraciət edə bilərsiniz.

* Tez-tez uçan sərnişinlər üçün “AZAL Miles” loyallıq proqramı haqqında daha ətraflı məlumatı linkdən əldə edə bilərsiniz: https://www.azal.az/az/azal-miles/terms-and-conditions.

 

 “Buta Airways” aviaşirkətinin mətbuat xidməti

Son xəbərlər

07.03.2023

AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzon şəhərinə reyslər açır

Ətraflı
03.03.2023

“Buta Airways”dən Türkiyənin məşhur şəhərlərinə yeni aksiya

Ətraflı
03.03.2023

AZAL marşrut şəbəkəsinə Mahaçqala şəhərini əlavə edir

Ətraflı