“Buta Airways” aviaşirkəti yeni Bakı-Volqoqrad marşrutu açır

23.01.2023

23 yanvar 2023-ci il, Bakı - AZAL QSC-nin tərkibinə daxil olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti uçuş proqramının inkişafı çərçivəsində marşrut şəbəkəsində Bakıdan Volqoqrad şəhərinə yeni istiqamət açır

Uçuşlar martın 16-dan etibarən həftədə üç dəfə həyata keçiriləcək. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan isə çərşənbə, şənbə və bazar günləri həyata keçiriləcək.

Biletləri aviadaşıyıcının www.butaairways.az saytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.

Bu reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.

 

“Buta Airways” aviaşirkətinin mətbuat xidməti

Son xəbərlər

03.06.2023

Səyahət xəbərdarlığı: İran İslam Respublikası

Ətraflı
07.03.2023

AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzon şəhərinə reyslər açır

Ətraflı
03.03.2023

“Buta Airways”dən Türkiyənin məşhur şəhərlərinə yeni aksiya

Ətraflı