AZAL və “Buta Airways”in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək

25.05.2018

25 may 2018-ci il, Bakı - Ramazan bayramında AZAL və “Buta Airways” aviaşirkətlərinin 15 və 16 iyun 2018-ci il tarixində yerinə yetiriləcək bütün reyslərinin sərnişinlərə bir ədəd qeydiyyatdan keçən baqaj yeri pulsuz təqdim olunacaq.

Beləliklə, “Azərbaycan Hava Yolları”nın reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

 

Ekonom-sinif – tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus;

Biznes sinif – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;

Comfort Club – tarifə daxil olan hər biri 32 kq-a qədər iki baqaj yeri +23 kq-a qədər bonus;

VIP Club – tarifə daxil olan hər biri 32 kq-a qədər üç baqaj yeri +23 kq-a qədər bonus.

 

AZAL aviaşirkətinin qaydalarına əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Milli loukoster “Buta Airways”in reyslərində sərnişinlər aviabiletin tarifindən asılı olaraq əldə edəcəklər:

 

“Büdcə” tarifi - 23 kq-a qədər bir yer bonus pulsuz baqaj;

“Standart” tarifi – tarifə daxil olan 10 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus

“Super” tarifi tarifə daxil olan 23 kq-a qədər bir baqaj yeri +23 kq-a qədər bonus.

 

“Buta Airways” aviaşirkətinin qaydalarına da əsasən, üç ölçünün cəmi üzrə baqajın qabaritləri 158 sm-dən çox olmamalıdır.

Baqajın daşınması qaydaları haqqında əlavə məlumatı AZAL https://www.azal.az/az/information/baggage  və “Buta Airways” aviaşirkətlərinin https://www.butaairways.az/az/information/baggage  saytlarında əldə etmək olar.

 

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti

Son xəbərlər

03.06.2023

Səyahət xəbərdarlığı: İran İslam Respublikası

Ətraflı
07.03.2023

AZAL Bakıdan Qara dəniz sahilinə - Trabzon şəhərinə reyslər açır

Ətraflı
03.03.2023

“Buta Airways”dən Türkiyənin məşhur şəhərlərinə yeni aksiya

Ətraflı