“Buta Airways” Bakıdan olan reyslərdə uçuş terminalını dəyişir

26.10.2017

26 oktyabr 2017-ci il, Bakı - 2017-ci il oktyabrın 29-dan etibarən “Buta Airways” lou-kost aviaşirkəti Bakıdan bütün uçuşlarını Heydər Əliyev Beynəlxalq Aeroportunun Terminal 2-nin Şimal girişi vasitəsilə yerinə yetirilməyə başlayacaq.

Loukoster gələn reysləri isə əvvəlki kimi Terminal 1-ə yerinə yetirməyi planlaşdırır.

Terminal 2 mülki hava limanlarının istismarı üzrə bütün beynəlxalq tələblərə cavab verir. Terminalda kafe və restoranlar, “Duty Free” rüsumsuz ticarət mağazaları fəaliyyət göstərir. Hava limanının bütün ərazisində pulsuz yüksək sürətli internet (Baku Airport Free Wi-Fi) təklif olunur.

Həmçinin, uçuş terminalının dəyişməsi ilə əlaqədar olaraq, BakuBus H1 Airport Express ekspress avtobusunun marşrutu da dəyişəcək. Terminal 2-nin uçuş zonası qarşısında əlavə dayanacaq olacaq. Avtobus hər yarım saatdan bir Heydər Əliyev Beynəlxalq Aeroportu və Bakının mərkəzi  ("28 May" metro stansiyası) arasında "Koroğlu" metrostansiyasının yaxınlığında qısa müddətli dayanmaqla hərəkət edir.

Əlavə məlumat üçün terminallardakı məlumat köşklərindəki əməkdaşlara, (+994 12) 497 27 27 telefon nömrəsi vasitəsilə aeroportun 24 saat fəaliyyət göstərən çağrı mərkəzinə, həmçinin Facebook sosial şəbəkəsində rəsmi səhifəsinə müraciət etmək olar: www.fb.com/BakuAirport

 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti

Son xəbərlər

25.05.2018

AZAL və “Buta Airways”in sərnişinləri Ramazan bayramında pulsuz baqaj yeri əldə edəcək

Ətraflı
14.05.2018

Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin dövriyyəsi 15 faiz artmışdır

Ətraflı
13.03.2018

“Buta Airways” Türkiyənin məşhur kurortuna aviareys açır

Ətraflı