“Buta Airways”-in reyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir

29.01.2019

29 yanvar 2019-cu il, Bakı 2019-cu il 1 fevral tarixindən etibarən “Buta Airways” aviaşirkətinin bütün aviareyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir.

Bundan sonra, uçuşa avtomatik qeydiyyat zamanı bir bron çərçivəsində aviabilet alan bütün sərnişinlər sistem tərəfindən bir-birinin yanında pulsuz olaraq əyləşdiriləcək.

Həmçinin fevralın 1-dən etibarən uçuş hava limanlarında qeydiyyatın qiyməti 8 avro təşkil edəcək. Bu, qeydiyyat masalarında növbələrin azalmasına və aviaşirkətin cədvəlində gecikmələrin minimallaşdırılmasına imkan verəcək.

Saytda onlayn-qeydiyyat əvvəlki kimi pulsuz xidmət olaraq qalacaq. Onlayn qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat funksiyasından həmçinin İOSAndroid bazasında işləyən smartfonlar üçün yeni Buta Airways mobil əlavəsində istifadə etmək mümkündür.

Öncədən onlayn qeydiyyatdan keçmiş baqajla səyahət edən sərnişinlər hava limanında pulsuz "Baqajın qəbulu" (Baggage Drop) masasından  istifadə edə bilərlər. Onlayn qeydiyyatdan keçən sərnişinlər üçün minik talonunun  çap edilməsi xidməti də pulsuz olaraq qalacaq.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

 

Buta Airways” aviaşirkətinin mətbuat xidməti

Son xəbərlər

29.11.2019

“Buta Airways” loukost aviaşirkəti Lvova birbaşa reys açır

Ətraflı
25.11.2019

2020-ci il yanvarın 22-dən etibarən “Buta Airways”in Kiyev istiqamətindəki reysləri “Borispol” hava limanına həyata keçiriləcək

Ətraflı
05.09.2019

“Buta Airways” Yaxın Şərqə yeni istiqamətlər açır

Ətraflı