“Buta Airways” loukost aviaşirkəti Lvova birbaşa reys açır

29.11.2019

29 noyabr 2019-cu il, Bakı – Loukost aviaşirkəti “Buta Airways” 23 dekabr 2019-cu ildən Bakıdan Lvov şəhərinə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq. Beləliklə, aviaşirkətin Ukraynadakı istiqamətlərinin sayı dördə çatmış olacaq. “Buta Airways” artıq Kiyev, Xarkov və Odessaya uçuşlar həyata keçirir.

Lvovu Ukraynanın mədəni paytaxtı adlandırırlar. Qədim Lvov heyrətamiz dərəcədə ahəngdar bir Avropa şəhəridir. Buraya şəhərin mərkəzində gəzmək, muzeylərə baş çəkmək, çoxsaylı küçə musiqiçilərini dinləmək və Qərbi Ukraynanın çox zəngin mədəniyyəti ilə tanış olmaq üçün gəlirlər.

Lvova uçuşlar bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək.

Aviaşirkətin digər istiqamətləri kimi minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək.

Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür.

Lou-kost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir.

"Super" tarifi 10 kq-dək çəkisi olan əl yükü, çəkisi 23 kq-dək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutur.

Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür:

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.

 

“Buta Airways” aviaşirkətinin mətbuat xidməti

Son xəbərlər

29.11.2019

“Buta Airways” loukost aviaşirkəti Lvova birbaşa reys açır

Ətraflı
25.11.2019

2020-ci il yanvarın 22-dən etibarən “Buta Airways”in Kiyev istiqamətindəki reysləri “Borispol” hava limanına həyata keçiriləcək

Ətraflı
05.09.2019

“Buta Airways” Yaxın Şərqə yeni istiqamətlər açır

Ətraflı