"Buta Airways" aviaşirkətinin bütün reyslərində "Buta Airways Inflight Magazine" bort jurnalı paylanılır və üç ay dövrülüklə yenilənir. Jurnalın yeni buraxılışı hər mövsümün əvvəlində təyyarələrdə paylanılır. Jurnalda səyahət haqqında maraqlı məqalələr və faktlar, şəhərlər, ölkələr və tarixi yerlər üzrə bələdçi, eyni zamanda Azərbaycana səfər etməyə hazırlaşan turistlər üçün görməli yerlər, istirahət və əyləncə məkanları, parklar, ictimai nəqliyyat sxemi barədə və digər faydalı məlumatlar yer alır. Auditoriyadan asılı olaraq, materiallar Azərbaycan, rus və ingilis dillərində dərc olunur.
BUTA AIRWAYS jurnalında reklam yerləşdirilməsi üçün aşağıdakı elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərsiniz: adv@butaairways.az
Siz həmçinin bizim bort jurnalının elektron versiyaları ilə saytımızda tanış ola bilərsiniz. Jurnalı oxumaq üçün onun üz qabığı şəklinə klik edin.