"Buta Airways" şirkəti haqqında

“Buta Airways” - "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir.

“Buta Airways”in 2016-cı ilin dekabrında əsası qoyulmuşdur və 2017-ci ilin sentyabr ayında fəaliyyətə başlamışdır. Hazırda loukoster Bakı və Gəncə hava limanlarından uçuşlar olmaqla Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, İran və Bolqarıstanda on beynəlxalq istiqamət üzrə yaxın xaricə reyslər yerinə yetirir.

Artıq fəaliyyətə başladığı vaxtdan “Buta Airways” aviaşirkətinə həm Azərbaycan vətəndaşları arasında, həm də başqa ölkələrdə böyük tələbat var. Uçuşlarda sərnişin yüklənməsi əksər istiqamətlər üzrə ən azı 85 faiz təşkil edir.

“Buta Airways” aviadaşıyıcısının donanmasına müasir və komfortlu “Embraer E190” təyyarələri daxildir. Bu yeni və etibarlı təyyarələr rahat oturacaqlar, ayaqlar üçün geniş sahə, eləcə də əl yükü üçün böyük rəflərlə təchiz edilmişdir. Yeni istiqamətlərin sayının artması ilə aviaşirkət hava gəmiləri parkını genişləndirməyi planlaşdırır.