"Buta Airways”-in hava gəmiləri parkına Braziliya istehsalı yeddi Embraer E-190 təyyarəsi daxildir. Bu yeni və etibarlı təyyarələr rahat oturacaqlar, ayaqlar üçün geniş sahə, eləcə də əl yükü üçün böyük rəflərlə təchiz edilmişdir. Təyyarələrimizdə oturacaq yerlərinin yerləşmə sxemini diqqətinizə təqdim edirik.