www.butaairways.az saytının və Buta Airways mobil əlavənin xidmətlərindən istifadə edərək, Siz Buta Airways sərnişin aviaşirkətinə (AZAL Qapalı Səhmdar Cəmiyyətinin struktur bölməsi) öz şəxsi məlumatlarınızı təqdim edirsiniz və onlardan istifadə şərtləri ilə razılaşırsınız.
Şəxsi məlumatlarınızı təqdim etməklə, Siz məlumatın birbaşa təyinatı üzrə istifadə olunacağı ilə razılaşırsınız. Sözügedən veb-sayt “Buta Airways” aviaşirkətinin mülkiyyətidir və üçüncü şəxslər tərəfindən açıq istifadə üçün nəzərdə tutulmamışdır. Bu o deməkdir ki, qanunvericiliklə və hazırkı siyasətlə müəyyən edilmiş hallar istisna olmaqla, məlumatlar hər hansı üçüncü şəxsə ötürülməyəcək.
Yalnız aviabiletləri rəsmiləşdirmək, bank sistemlərinin ödəniş kartları ilə ödənişlər həyata keçirmək məqsədi ilə məlumatların bir qismi, o cümlədən ad, soyad, pasport məlumatları, bank rekvizitləri və digər məlumatlar müvafiq qaydalar və normalarla nəzərdə tutulmuş şəkildə aviaşirkətin tərəfdaşı olan təşkilatlara veriləcək. Qanunvericiliklə nəzərdə tutulmuş hallarda hüquq-mühafizə orqanlarına onların qanuni və əsaslandırılmış sorğusu üzrə ayrıca məlumat verilə bilər.
Şəxsi məlumatlardan icasiz istifadə, onların üçüncü şəxslərə razılaşdırılmadan verilməsi və ya məlumatlarınızın təyinatı üzrə istifadə edilməməsi hallarının qarşısını almaq, həmçinin məlumatların dəqiqliyini qorumaq məqsədilə “Buta Airways” tərəfindən şəxsi məlumatların qorunması üzrə siyasətimizi təmin edən müvafiq fiziki, elektron və idarəetmə təhlükəsizlik tədbirləri görülmüşdür.