Xüsusi reyslərdə qidalanma

“COVID-19” pandemiyası zamanı “Buta Airways” aviaşirkətinin bütün reyslərində sərnişinlərə yemək təqdim olunur. Pulsuz menyuya sendviçlər, su və çay daxildir. Təqdim olunan sendviçlər mövsüm və uçuş istiqamətindən asılı olaraq dəyişə bilər.

Həmçinin xüsusi reyslərdə siz öncədən isti yemək sifariş verə bilərsiniz. İsti yeməklərin siyahısı ilə bu səhifədə tanış olmaq mümkündür.