Azərbaycana giriş qaydaları

Azərbaycana səyahət edən sərnişinlərin nəzərinə.

28 mart 2023-cü il tarixindən​ etibarən COVİD-19 pandemiyası ilə əlaqədar ölkəyə giriş qaydaları ​ləğv edildi.

Azərbaycan üzərindən tranzitlə uçan sərnişinlərin nəzərinə

Bakı (GYD) vasitəsilə səyahət edən tranzit sərnişin(lər) üçün onun son təyinat məntəqəsinə girişini tənzimləyən qaydalar/şərtlər tətbiq edilir. Sərnişinlər səyahət etdikləri ölkənin tələbləri barədə ən son məlumatları uçuşunuzdan əvvəl almaq üçün IATA Səyahət Mərkəzinə diqqət yetirməlidirlər. Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR-testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir. Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR-testinin nəticələri barədə tam məlumat verəcəkdir.

COVID-19 üçün PCR-testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.

Rusiyadan Azərbaycana səyahət edən sərnişinlərin nəzərinə

Rusiya Federasiyası hökumətinin xarici valyutanın ölkədən kənara çıxarılmasına məhdudiyyət qoyulması ilə bağlı son qərarı ilə əlaqədar olaraq, hər bir sərnişin özü ilə 10 min dollardan çox olmayan məbləği (və ya bu məbləğin digər xarici valyutada ekvivalenti) götürə bilər.