Xüsusi reyslərdə baqajın daşınması

Buta Airways” aviaşirkətinin xüsusi reyslərində baqajın daşınması aviabiletin tarifi ilə tənzimlənir.

"STANDART" tarifi qeydiyyatdan keçən baqajın 10 kq-dan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmaması şərtilə daşınmasına icazə verir.

“SUPER” tarifi qeydiyyatdan keçən baqajın 23 kq-dək və ölçüləri 158 sm-ə qədər.

Bundan əlavə, təyyarənin salonunda aşağıda qeyd olunmuş əşyaların ödənişsiz daşınmasına icazə verilir (bütün tariflər üzrə):

 

1. Ölçüləri 30x35x10 sm-ə qədər idman çantası, bel çantası, qadın əl çantası, kişi çantası və yaxud fotoaparat / kamera, noutbuk çantası (çantalar yalnız təyinatı üzrə istifadə olunmalıdır);

2. Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır);

3. Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa.

"STANDART" və “SUPER” tarifi  ilə 2 yaşına çatmamış və hava gəmisinin salonunda valideynləri ilə bir yerdə əyləşərək səyahət edən uşaqların adına rəsmiləşdirilən biletə çəkisi 10 kiloqramdan artıq olmayan və üç ölçünün cəmi üzrə ölçüsü 115 santimetrdən böyük olmayan bir baqaj yerinin pulsuz daşınması daxildir.

Baqaj üçün ödənişli yerlər:

Çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan  ölçüdə  - 40 avro (45 ABŞ dolları). Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında, satış kassalarında və akreditə edilmiş agentliklərdə ödəniş etdikdə bu məbləğ 35 avro (40 ABŞ dolları) təşkil edir.