COVID-19 pandemiyası ilə əlaqədar Gürcüstan sərhədini keçmə qaydaları

Baş nazirin rəhbərlik etdiyi İdarələrarası Koordinasiya Şurası Gürcüstana giriş üçün yeni qaydalar və şərtlər təqdim edib. 1 fevral 2021-ci ildən etibarən aşağıdakı qaydalar tətbiq olunur:

COVİD-19 əleyhinə peyvənd olunmuş sərnişinlər üçün giriş qaydaları

İstənilən ölkədən hava yolu ilə səyahət edən bütün ölkələrin vətəndaşları, Gürcüstanın sərhəd buraxılış məntəqələrində istənilən COVID-19 peyvəndinin tam kursunu (iki doza) təsdiqləyən sənəd təqdim etdikləri təqdirdə Gürcüstana daxil ola bilərlər.

VACİBDİR: Azərbaycan Respublikasının qaydalarına görə, yola düşməzdən 48 saat əvvəl alınmış PCR testini Bakıda qeydiyyat masasında təqdim etmək mütləqdir.

COVİD-19 əleyhinə peyvənd olunmamış sərnişinlər üçün giriş qaydaları

Gürcüstan vətəndaşları:

  1. Səyahətdən 48 saat əvvəl keçirilmiş PCR testinin mənfi nəticəsi haqqında arayış təqdim edən Gürcüstan vətəndaşları, 8 günlük özünütəcrid edilməli və ya Gürcüstanda olduqları 3-cü gün ərzində öz hesabına əlavə PCR-müayinədən keçməlidirlər. Əgər özünütəcrid mümkün deyilsə, onlar məcburi karantinə yerləşdiriləcəklər;
  2. Gürcüstan vətəndaşı sərhəddə PCR-testi təsdiqləyən sənədi təqdim edə bilmədiyi təqdirdə 8 gün özünütəcridə alınacaq, və ya təcrid olunması mümkün deyilsə, məcburi karantinə yerləşdiriləcək. Buna baxmayaraq, Azərbaycan Respublikasının qaydalarına uyğun olaraq, Bakıdan yola düşərkən COVİD-19-a dair PCR testinin mənfi nəticəsi haqqında arayış təqdim etməlisiniz;

Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər 12 gün müddətində məcburi karantinə yerləşdiriləcəklər.

Xarici vətəndaşlar:

Aşağıdakı dövlətlərin vətəndaşları və yaşayış icazəsi olanlar aşağıda göstərilən şərtlər altında Gürcüstana hava yolu ilə daxil ola bilərlər:

- Azərbaycan Respublikası

- Avropa İttifaqına üzv dövlətlər

- İsrail Dövləti

- İsveçrə Konfederasiyası

- Norveç Krallığı

- Amerika Birləşmiş Ştatları

- Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı

- Səudiyyə Ərəbistanı Krallığı

- Qətər Dövləti

- Birləşmiş Ərəb Əmirlikləri

- Bəhreyn Krallığı

- Türkiyə Respublikası

- Ukrayna

- Belarus

- Rusiya Federasiyası

- Qazaxıstan

- Özbəkistan

- Türkmənistan

- Tacikistan

- Qırğızıstan

Gürcüstana daxil olmaq üçün onlar aşağıdakı şərtləri yerinə yetirməlidirlər:

· Gürcüstana gələn əcnəbilər məcburi onlayn formasını doldurmalıdırlar: https://registration.gov.ge/pub/form/8_protocol_for_arrivals_in_georgia/tk6157/ Qeydiyyatdan keçdikdən sonra gediş məntəqəsində uçuşa qeydiyyatdan keçərkən göstərilməli olan təsdiqləmə nömrəsini alacaqsınız.

· Yuxarıda göstərilən ölkələrdən birbaşa hava yolu ilə səyahət etməlidirlər (üçüncü ölkələrdən tranzit səyahət buraya daxildir); (Quru və dəniz sərhədləri bağlı qalır).

· Gürcüstanın sərhəd buraxılış məntəqəsində, Gürcüstana səfərdən 48 saat əvvəl keçirilmiş PCR-test arayışını təqdim etməlidirlər;

· Gürcüstanda olduqları 3-cü gün ərzində öz hesabına əlavə PCR-müayinədən keçməlidirlər;

· Dövlət sərhədini keçməzdən əvvəl son 14 gün ərzində səyahət tarixçəsini, əlaqə məlumatlarını (ünvan, telefon nömrəsi, elektron ünvan və s.) göstərməklə xüsusi anket formasını doldurmalıdırlar.

· Son 14 gün ərzində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səyahət etmiş bütün şəxslər girişdən sonra 12 gün müddətində məcburi karantinə yerləşdiriləcəklər. Bu halda, sərhəddə PCR testinin mənfi nəticəsi haqqında arayış təqdim etmək və Gürcüstanda olduqları 3-cü gün ərzində PCR-müayinədən keçməkdən azad olunacaqlar. Buna baxmayaraq, Azərbaycan Respublikasının qaydalarına uyğun olaraq, Bakıdan yola düşərkən COVİD-19-a dair PCR testinin mənfi nəticəsi haqqında arayış təqdim etməlisiniz.

Gürcüstandan Azərbaycana AZAL reysləri ilə uçarkən Synevo laboratoriyasının (www.synevo.ge) filiallarının birindən koronavirus infeksiyasının olmaması barədə arayış almalı və ya PCR testinin mənfi nəticəsi haqqında arayış təqdim etməlisiniz. Test nəticəsinin üzərində QR kodun olması arzu olunandır. Bu kodun mövcudluğu hava limanının gəliş terminalında rəsmiyyətlərin daha sürətli keçməsinə kömək edəcəkdir.

Yuxarıda göstərilən qaydalar əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Daha ətraflı məlumat üçün Gürcüstanın Xarici İşlər Nazirliyinin rəsmi saytına müraciət etməyiniz xahiş olunur: https://mfa.gov.ge/