“COVID-19” pandemiyası zamanı yerinə yetirilən xüsusi reyslərdə aviabiletlərin dəyişdirilməsi və geri qaytarılması

COVID-19” pandemiyası zamanı “Buta Airways” sərnişinlərə baqajın daşınması, aviabiletlərin dəyişdirilmə və qaytarılma şərtləri ilə fərqlənən iki sərfəli tarif - "Standart" və "Super" tarifləri üzrə aviabiletləri təklif edir.

Veb sayt vasitəsilə onlayn əldə edilmiş aviabiletlərin geri qaytarılması üçün veb saytdakı əks əlaqə forması və ya callcenter@butaairways.az elektron poçtu vasitəsi ilə müraciət etməlisiniz. Aviabiletin səyahət şirkətindən və yaxud agentlikdən alındığı təqdirdə, geri qaytarılması üçün müvafiq səyahət agentliyinin kassalarına müraciət etməlisiniz. Bronlaşdırmanı kredit və ya debet kartı ilə ödədiyiniz təqdirdə, vəsait 30 iş günü ərzində kartınıza qaytarılacaqdır.

Bilet alındıqdan dərhal sonra səhv aşkar etdiyiniz təqdirdə, biletin alındığı andan 3 saat ərzində (lakin uçuşdan 3 saat əvvəl olmaq şərtilə) bilet ləğv edilə bilər. Bunu etmək üçün biletin alındığı yerlə əlaqə saxlamaq, aviabiletin veb sayt vasitəsilə onlayn alındığı təqdirdə, aviaşirkətin çağrı mərkəzinə müraciət etmək lazımdır.

 

Qeydlər:

"Uçuşdan əvvəl" - Uçuşa 60 dəqiqədən çox vaxt qaldıqda yenidən təxsis etmək və ya aviabiletin dəyərini qaytarmaq istəyən Sərnişin qeydiyyata gəlmiş sərnişin hesab olunur.

"Uçuşdan sonra" (NO-SHOW) - Uçuşa 60 dəqiqədən az vaxt qaldıqda yenidən təxsis etmək və ya aviabiletin dəyərini qaytarmaq istəyən Sərnişin qeydiyyata gəlməmiş sərnişin hesab olunur.