“COVID-19” pandemiyası dövründə Rusiyaya giriş qaydaları

Rusiya Federasiyasına gələn və/və ya tranzitlə keçən sərnişinlər üçün giriş qaydaları.

1. Rusiya Federasiyası vətəndaşları, onların ailə üzvləri və Rusiyada daimi yaşayan vətəndaşlar üçün tələblər:

  • Rusiya Federasiyası vətəndaşları Rusiya Federasiyasına yola düşməzdən əvvəl Dövlət və bələdiyyə xidmətlərinin vahid portalında “Rusiya Federasiyasına gələn reyslərin qeydiyyatı” bölməsindəelektron formada “Rusiya Federasiyasına gələn şəxslərin qeydiyyatı” anketini doldurmalıdırlar (aviabilet əldə edərkən, lakin reysə qeydiyyatdan gec olmayaraq). Anketə bütün lazımi məlumatlar daxil edildikdən sonra sərnişinin elektron poçtuna xüsusi QR-kod göndərilir. Həmin kod gəliş hava limanında sanitar-karantin nəzarətindən keçərkən “Rospotrebnadzor” orqanının əməkdaşına təqdim edilməlidir.

2. Əcnəbilər üçün tələblər.

  • Əcnəbilər Rusiya Federasiyası ərazisinə gəlməzdən əvvəl, Rusiya Federasiyası ərazisinə gələn şəxsin anketini (buradan yükləmək mümkündür) ingilis və ya rus dilində doldurmalıdırlar (hava gəmisində təqdim ediləcək, həmçinin əvvəlcədən çap edərək doldurmaq mümkündür). Anketdə Rusiya Federasiyası ərazisində qaldığı yerin ünvanının göstərildiyi xanalar mütləq qaydada doldurulmalıdır.
  • Əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə Rusiya Federasiyasına gələn əcnəbilər Rusiya Federasiyası ərazisinə gəldikləri tarixdən 14 təqvim günü müddətinə özünütəcrid tələblərinə riayət etməlidilər.
  • tələbələr təhsil aldıqları universitet tərəfindən verilmiş yazılı təsdiqi təqdim etməlidilər. Təsdiq universitet tərəfindən Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə təqdim edilməlidir.

Yuxarıda göstərilən tələblər üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Uçuşunuzdan əvvəl ərazisindən yola düşdüyünüz və ya gəldiyiniz ölkənin aktual tələbləri barədə ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.