COVID-19 pandemiyası dövründə Ukraynaya səyahət qaydaları

Ukrayna vətəndaşları və Ukrayna ərazisinə giriş etmək və tranzitlə keçmək üçün daimi yaşayış icazəsi olan şəxslərdə aşağıdakı sənədlərdən biri olmalıdır:

  • ÜST tərəfindən fövqəladə hallarda COVID-19 əleyhinə istifadə üçün təsdiqlənmiş siyahıya daxil edilmiş peyvəndlərlə tam peyvəndləmə kursunun tamamlandığını təsdiqləyən sənəd; və ya
  • girişdən ən çox 72 saat əvvəl həyata keçirilmiş SARS-CoV-2 anticismləri (RAT) üçün sürətli test; və ya
  • girişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi barədə arayış.

Testin keçirilməsi barədə arayış və ya peyvəndləmə barədə sertifikat olmadığı təqdirdə, Ukrayna vətəndaşı və daimi yaşayış icazəsi olan şəxs “Vdoma” tətbiqini yükləyə və 14 günlük özünütəcrid şəraitində qala bilər. PCR testinin neqativ nəticəsi olduğu təqdirdə özünütəcrid vaxtından əvvəl dayandırıla bilər.

12 yaşına çatmamış şəxslərdən testin keçirilməsi barədə arayışın, peyvəndləmə haqqında sertifikatın təqdim edilməsi və özünütəcrid tələb olunmur.

COVID-19 ilə bağlı anticisimlər üçün testing keçirilməsi barədə arayış qəbul edilməyəcəkdir.

Hansı ölkədən gəldiklərindən asılı olmayaraq, istisnasız bütün əcnəbilərdə Ukraynada qeydiyyatdan keçmiş sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 əleyhinə müalicə, müşahidə ilə əlaqədar xərcləri qarşılayan və Ukraynada qaldığı müddətdə etibarlı sayılan sığorta polisi (sertifikatı) olmalıdır.

Həmçinin aşağıda qeyd edilən sənədlərdən biri olmalıdır:

  • ÜST tərəfindən fövqəladə hallarda COVID-19 əleyhinə istifadə üçün təsdiqlənmiş siyahıya daxil edilmiş peyvəndlərlə - Pfizer / BioNTech, Johnson & Johnson's Janssen, AstraZeneca / Covishield (Hindistan), AstraZeneca / SKBio (Cənubi Koreya), Moderna, Sinopharm, CoronaVac (Sinovac) - tam peyvəndləmə kursunun keçirildiyini təsdiqləyən sənəd; və ya
  • girişdən ən çox 72 saat əvvəl həyata keçirilmiş SARS-CoV-2 anticisimləri (RAT) üçün sürətli test; və ya
  • girişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testinin neqativ nəticəsi barədə arayış.

12 yaşına çatmamış şəxslər üçün test və ya peyvənd sertifikatı tələb edilmir.

Əcnəbilər Ukraynada PCR testindən keçə bilməz və ya özünütəcrid şəraitində qala bilməzlər. Test/ peyvəndləmə haqqında arayış və / və ya sığorta polisi olmadığı təqdirdə əcnəbilərin Ukrayna ərazisinə giriş və ya tranzitlə keçmək üçün Ukraynanın dövlət sərhədindən keçməsinə icazə verilməyəcəkdir.

Hava limanının tranzit zonasını tərk etməyən və Ukrayna sərhədini keçməyən (marşrutlarının son təyinat məntəqəsi olan ölkənin tələbləri ilə başqa bir qayda nəzərdə tutulmayıbsa) transfer sərnişinlərindən COVID-19 üçün PCR testinin neqativ nəticələri barədə arayışın və sığorta polisinin təqdim edilməsi tələb olunmur.

COVID-19 ilə bağlı anticisimlər barədə arayış qəbul edilməyəcəkdir.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisini tərk etdiyiniz və ya səyahət etdiyiniz ölkələrin tələbləri barədə uçuşunuzdan əvvəl ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytınahttps://www.visitukraine.today saytına diqqət yetirməniz xahiş edilir.