"Buta Airways" aviaşirkətinin reyslərində baqajın daşınması

"Buta Airways" reyslərində baqajın və əl yükünün daşınması aviabiletin tarifi ilə tənzimlənir.

Minimal "BÜDCƏ" tarifi ilə alınan aviabiletlər qeydiyyatdan keçən baqajın və ya əl yükünün pulsuz daşınmasını nəzərdə tutmur.

"STANDART" tarifi qeydiyyatdan keçən baqajın 10 kq-dan artıq olmaması və üç ölçünün cəmi üzrə 158 sm-dən böyük olmaması şərtilə daşınmasına icazə verir. Əl yükü də ödəniş müqabilində daşınır.

Əlavə olaraq, aşağıdakı ləvazimatların təyyarənin göyərtəsində pulsuz daşınmasına icazə verilir:

  • Ölçüləri 30x35x10sm-dən artıq olmayaraq qadın əl çantası və ya kişi portfeli, və ya kamera çantası və portativ kompyuter çantası (yalnız təyinatı üzrə istifadə edilməlidir);
  • Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir); 
  • Gül dəstəsi (əl yükünün icazə verilən ölçülərindən artıq olmamalıdır);
  • Uşaqla səyahət zamanı lazım ola biləcək uşaq qidası, yol beşiyi, yüngül, qatlanan uşaq arabası (hava gəmisinin baqaj bölməsində daşınır). 
  • Fiziki imkanları məhdud olan Sərnişinlər üçün qatlanan kreslo-araba (hava gəmisinin baqaj bölməsində daşınır) və qoltuqağacları və ya əsa.
  • Çətir, və həmçinin uçuşda oxumaq üçün müəyyən miqdarda materiallar.

Baqaj üçün ödənişli yerlər:

  • Əl yükü: çəki məhdudiyyəti tətbiq olunmur,  üç ölçünün cəmi üzrə 110 santimetrdən (55*35*20 sm) artıq olmayan ölçüdə  - 25 Avro (30 ABŞ dolları)
  • Baqaj: çəkisi 23 kiloqrama qədər (daxil olmaqla) və üç ölçünün cəmi üzrə 158 santimetrdən artıq olmayan  ölçüdə  - 25 avro (30 ABŞ dolları ). Baqaja görə uçuşdan ən azı 3 saat əvvəl, aviaşirkətin saytında, satış kassalarında və akreditə edilmiş agentliklərdə ödəniş etdikdə bu məbləğ 20 avro (25 ABŞ dolları) təşkil edir.

Baqajın daşınması qaydaları ilə ətraflı şəkildə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.butaairways.az/az/information/conditions-of-carriage#paragraph16

Diri heyvan(lar) daşımaya görə məsuliyyət haqqında bəyannamə  (PDF)