Suallar və cavablar

Buta Airways aviaşirkətinin əsas üstünlüyü nədədir?

"Buta Airways" Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir. Aviaşirkətin əsas fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, daşınmanın yekun dəyərini sərnişin özü müstəqil şəkildə formalaşdıra bilər. Əgər klassik aviaşirkətdə aviabiletin qiymətinə isti yemək, baqajın daşınması, yerin seçilməsi və digər xidmətlər əvvəlcədən daxildirsə, aşağı büdcəli aviaşirkətin minimal tarifləri bilavasitə aviadaşımanın dəyərini nəzərdə tutur. Əl yükünün daşınması, əlavə baqaj, yerlərin seçilməsi və digər xidmətlər əlavə ödəniş müqabilində təklif olunur.

Sizin çağrı mərkəzi ilə necə əlaqə saxlamaq olar?

"Buta Airways" aviaşirkətinin 24 saat fəaliyyət göstərən çağrı mərkəzi ilə həm telefon, həm də elektron poçt vasitəsilə əlaqə saxlamaq mümkündür. Çağrı mərkəzinin beynəlxalq telefon nömrəsi :+994 (12) 493 14 14 (rabitə operatoru tərəfindən beynəlxalq zəng kimi tarifləndirilir). Azərbaycandan zənglər üçün qısa nömrə *0808 (şəhər və mobil operatorlarından zənglər üçün) nəzərdə tutulmuşdur. Elektron poçt ünvanı: callcenter@butaairways.az. Həmçinin saytımızdakı əlaqə forması vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.

Mən reysdə yeri pulsuz seçə bilərəm?

Sərnişinlərin salonda optimal yerləşməsindən asılı olaraq yerlər sistem tərəfindən avtomatik olaraq təyin olunursa, o zaman yer pulsuz təqdim olunur. Əgər Siz sərnişin salonunda konkret yer bronlaşdırmaq istəyirsinizsə, o zaman bu xidmət ödəniş müqabilində həyata keçirilir. Təyyarədə yeri aviabileti aldıqdan sonra da çağrı mərkəzindən istifadə edərək bronlaşdırmaq olar.

Prioritet yer nə dəməkdir?

Bu, ayaqlar üçün daha geniş sahə təqdim edən, həmçinin salonun ön hissəsində yerləşən ən rahat yerlərdir. Belə yerləri saytda aviabiletin alınması prosesində, eləcə də çağrı mərkəzinə müraciət edərək bronlaşdırmaq olar.

Aviareysdə uşaq və əlil arabası pulsuz daşına bilərmi?

Sərnişinin bütün səyahət müddəti ərzində hərəkət etməsi üçün lazım olan əlil arabası pulsuz daşınır. Həmçinin, iki yaşına kimi uşaqlarla səyahət etdikdə uşaq arabası pulsuz daşınır. Digər hallarda uşaq arabaları qeydiyyatdan keçən baqajın tariflərinə uyğun olaraq daşınır.

Təyyarənin salonuna rüqzaq və ya idman çantası keçirmək olarmı?

Ölçüsü üç ölçünün cəmi üzrə 75 santimetrədək olan (uzunluq + hündürlük + en) kişi portfeli və qadın əl çantasını özünüzlə təyyarənin salonuna keçirə bilərsiniz. Özünüzlə təyyarənin salonuna apara biləcəyiniz əşyaların tam siyahısı ilə bu səhifədə tanış ola bilərsiniz.

Təyyarədə heyvan daşımaq olarmı?

Təyyarənin salonuna ev heyvanlarının (it, pişik və quşlar) qəfəsdə keçirilməsinə icazə verilir. Qəfəsin ölçüləri 55×20×40 sm-dən çox olmamalıdır. Heyvan ilə birgə qəfəsin çəkisi 8 kq-dan artıq olmamalıdır. Heyvanın təyyarə salonunda daşınması əl yükü tarifinə əsasən rəsmiləşdirilir. 8 kq-dan 75 kq-dək heyvanların yük bölməsində daşınmasına icazə verilir (qeydiyyatdan keçən baqaja uyğun tarifikasiya), lakin aviaşirkəti bu barədə əvvəlcədən çağrı mərkəzi vasitəsilə xəbərdar etmək lazımdır.

Şəxsiyyət vəsiqəsi ilə aviabilet almaq olarmı?

Aviabiletlərin təxsisi uçuş və gəliş ölkələrinin tələbləri əsasında həyata keçirilir. Hazırda Azərbaycan Respublikasına giriş və çıxış ölkə vətəndaşları üçün xarici pasport əsasında həyata keçirilir.

Xidmətləri mövcud brona necə əlavə etmək olar?

Bunun üçün bizim 24 saat fəaliyyət göstərən çağrı mərkəzimizə müraciət etmək lazımdır. Siz həmçinin hava limanında əlavə xidmətlər seçə və ödəniş edə bilərsiniz. Lakin onlardan bəzilərinin tarifləri saytda göstərilən tarifdən nisbətən yüksək olacaqdır.

Brona aşağıdakıları əlavə edə bilərsiniz:

  • baqaj;
  • təyyarə göyərtəsində qidalanma;
  • təyyarədə yer.
Saytda aviabilet aldığım zaman ad və soyadın yerlərini səhv salmışam və ya pasportun nömrəsini (telefon, ünvan və s.) qeyd edərkən səhvə yol verilib. Nə edə bilərəm?

Siz kömək üçün bizim çağrı mərkəzimizə müraciət edə bilərsiniz. Bizim mütəxəssislər səhvləri düzəldə bilərlər. Lakin diqqətinizə çatdırırıq ki, biz adı və ya soyadı bütövlükdə dəyişə bilmərik, biz yalnız hərf səhvlərini düzəldə bilərik.

Mən aviabileti saytda almışam, lakin mənə heç bir təsdiq məktubu gəlmədi. Bunun səbəbi nədir?

"Buta Airways"in saytında aviabilet aldıqdan sonra alış prosesində göstərilən elektron poçt ünvanına marşrut qəbzi göndərilir. Marşrut qəbzinin gəlməməsinin iki əsas səbəbi ola bilər: ödəniş qəbul olunmamışdır və ya bronlaşdırma zamanı yanlış elektron poçt ünvanı göstərilmişdir. Həyata keçirdiyiniz bronun statusunu müəyyənləşdirmək üçün çağrı mərkəzimizə müraciət edə bilərsiniz.

Marşrut qəbzinin çap versiyasını və saytda aviabiletin ödənilməsi üçün istifadə olunan kredit kartını hava limanında qeydiyyata gətirmək lazımdır?

Hava limanında qeydiyyat üçün bir qayda olaraq marşrut qəbzi tələb olunmur, lakin onu hər ehtimala qarşı çap etmək tövsiyə olunur. Kart məlumatlarının sərnişinin adı və soyadı ilə üst-üstə düşmədiyi hallarda qeydiyyat masasının əməkdaşları aviabiletin ödənilməsi üçün istifadə olunan kredit və ya debet kartını (və ya onun surətini) təqdim etməyi Sizdən xahiş edə bilər. Pasportunuzun əsli uçuşa qeydiyyat zamanı mütləq yanınızda olmalıdır.

Uçuşa qeydiyyat zamanı hava limanında məndən pul tələb etdilər. Bu normaldır?

Aşağıbüdcəli aviaşirkət olaraq, “Buta Airways” hava limanında uçuşa qeydiyyat və təyyarədə yerlərin seçimi də daxil olmaqla bir sıra xidmətləri ödəniş müqabilində təklif edir. Siz aviaşirkətin saytında, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda quraşdırılmış müstəqil qeydiyyat köşklərində pulsuz qeydiyyatdan keçə bilərsiniz.

Aviabiletə görə ödənişi geri almaq və ya uçuş vaxtını dəyişmək olarmı?

Aviabiletin qaytarılması və dəyişdirilməsi şərtləri birbaşa olaraq aviabiletin alındığı tarifin şərtlərindən asılıdır. Aşağıdakı keçid vasitəsilə aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtləri barədə ətraflı tanış olmaq olar: link.

Mən "gediş-dönüş" marşrutu üzrə təyyarə bileti almışam, lakin aviabiletin birinci hissəsindən istifadə edə bilməyəcəyəm. Bəs aviabiletin dönüş istiqamətindən istifadə edə bilərəm?

"Buta Airways" aviaşirkətinin qaydalarına görə, əgər Siz aviabiletin ilk hissəsindən ("gediş" istiqaməti) istifadə etməmisinizsə, aviabiletin ikinci hissəsi uçuş üçün istifadə oluna bilməz, lakin qaytarıla bilər.

Başqa şəhərlərə və ölkələrə yeni reyslər olacaqmı?

Yeni reyslərin açılması, ilk növbədə, beynəlxalq aviasiya sazişləri və aviaşirkətin donanmasının texniki imkanlarından asılıdır. Biz daima marşrut şəbəkəmizin genişləndirilməsi və optimallaşdırılması üzərində işləyirik. Saytımızda, həmçinin sosial şəbəkələrdə xəbərlərimizi izləyin.

Göstərilən xidmətlərin keyfiyyəti ilə əlaqədar necə şikayət etmək olar?

Əgər Siz uçuş heyətinin, qeydiyyat xidmətinin və aviaşirkətin digər əməkdaşlarının işindən, həmçinin aviaparkımızın vəziyyəti və infrastrukturun vəziyyətindən narasınızsa, o zaman claims@butaairways.az elektron poçt ünvanı vasitəsilə, həmçinin saytımızdakı əlaqə forması vasitəsilə şikayət göndərə bilərsiniz. Bütün şikayətlərə mütəxəssislərimiz tərəfindən baxılır, ehtiyac olduğu halda xidməti araşdırma aparılır. Şikayətin məzmunundan asılı olaraq, baxılma və cavab müddəti 30 iş gününə kimidir.