Aviaşirkətin tarifləri və əlavə xidmətlərin dəyəri

Buta Airways aviaşirkətinin təklif etdiyi aviabilet tarifləri üzrə ümumi cədvəl:

 

 

Tarifin adı

BÜDCƏ

STANDART

Minimal qiymət

29 AVRO

44 AVRO

Xidmət sinfi

Ekonom

Ekonom

Aviabiletin qaytarılması

İcazə verilmir

Uçuşdan əvvəl tarifin 50%-i məbləğində cərimə tutulmaqla

Aviabiletin dəyişdirilməsi

İcazə verilmir

Uçuşdan əvvəl tarifin 50%-i məbləğində cərimə tutulmaqla

Əl yükünün daşınması

Ödəniş müqabilində

Ödəniş müqabilində

Baqajın daşınması

Ödəniş müqabilində

10 kq-a qədər pulsuz

Aviabiletin maksimal müddəti

3 ay

12 ay

Baqaj və əl yükünün daşınması tarifləri

Əl yükü

(ölçüləri 110 sm-ə qədər,çəki məhdudiyyəti tətbiq  olunmur)

25 avro

(30 USD)

Baqaj

(çəkisi 23 kq-a qədər,

ölçüləri 158 sm-ə qədər)

 

25 avro (30 USD);

uçuşdan ən azı 3 saat əvvəl ödəniş etdikdə - 20 avro(25 USD)

 

Qabaritlərinə görə baqajın normadan artıq olması

(158 sm-dən böyük, maksimum 203 sm) 

25 avro

(30 USD)

Çəkisinə görə baqajın normadan artıq olması

(23 kq-dan çox, maksimum 32 kq) 

25 avro

(30 USD)

Təyyarə salonunda heyvanların daşınması

(8 kq-a qədər )

25 avro

(30 USD)

Heyvanların baqajda daşınması

( 32 kq-a qədər )

50 avro

(60 USD)

Heyvanların baqajda daşınması

(32-75 kq)

100 avro

(120 USD)

İdman ləvazimatlarının daşınması

25 avro

(30 USD)

Təyyarə göyərtəsində qidalanma tarifləri

Sendviçlər

pulsuz

Su

pulsuz

 

Hər növ isti yemək

(o cümlədən vegetarian)

 

7,90 avro

Uşaq qidası

7,90 avro

Körpələr üçün qida

(iki yaşa kimi)

4,20 avro

Koşer qidası

20,10 avro

* Təyyarənin göyərtəsində həmçinin içkilər və soyuq qəlyanaltılar almaq mümkündür.

Yer seçimi və uçuşa qeydiyyat

 

Ayaqlar üçün daha geniş sahəsi olan yerlər

25 avro

Salonun ön hissəsində yerlər

15 avro

Adi yerin seçilməsi

3 avro

Uçuşa qeydiyyat

Hava limanında 3 avro

 

(saytda və Heydər Əliyev Beynəlxalq Aeroportunda müstəqil qeydiyyat köşklərində pulsuz)

Bütün xidmət haqları uçuşun başladığı  ölkənin yerli valyutasında Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsi ilə həyata keçirilir.

Baqaj daşınmasına görə dollar ekvivalentində tariflər Türkiyə, İran və Ukrayna hava limanlarına şamil edilir.