"Buta Airways" aviaşirkəti ilə həyata keçirilmiş bütün uçuşlara görə “AZAL-MİLES” proqramının iştirakçılarına səyahət və status ballarının hesaba əlavə olunması təmin edilir. Toplanmış ballardan yalnız "Azərbaycan Hava Yolları"nın reyslərində mükafatlandırıcı aviabiletlərin rəsmiləşdirilməsi, xidmət sinfinin artırılması, həmçinin Biznes zal ximətindən yararlanmaq və əlavə baqajın pulsuz daşınması üçün istifadə etmək mümkündür. Bu imtiyazlar aşağı büdcəli “Buta Airways” aviaşirkətinin reyslərinə şamil edilmir.
Balların avtomatik hesablanması üçün aviabiletin saytda və ya rəsmi agentliklərin kassalarında alınması prosesində müvafiq xanada “AZAL Miles” iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir. AZAL Miles bonus proqramı haqqında daha ətraflı məlumat, qeydiyyat forması və balların hesablanması sistemi miles.azal.az saytında təqdim olunmuşdur.