Yüksək komfortlu və prioritet yerlər

"Buta Airways" aviaşirkəti hava gəmisinin göyərtəsində ayaqlarınız üçün daha geniş sahəsi olan yerlər təklif edir. Xidmət ödəniş müqabilində həyata keçirilir.

Birinci sırada və qəza çıxışının yanında komfortlu yerlər - 40 avro
Ön sıralarda prioritet yerlər - 30 avro

Yüksək komfortlu yerləri saytda və ya satış kassalarında aviabiletlərin bronlaşdırılması prosesi zamanı, callcenter@butaairways.az elektron poçt ünvanı və ya +994 (12) 493 14 14 telefon nömrəsi ilə əlaqə saxlayaraq 24 saat fəaliyyət göstərən çağrı mərkəzi vasitəsilə, hava limanında qeydiyyat zamanı və ya hava gəmisinin göyərtəsində sifariş etmək olar.

Nəzərinizə çatdırmaq istərdik ki, göyərtədə ayaqlarınız üçün daha geniş sahəsi olan yerlər qəza çıxışları ilə yanaşı yerləşir. Buna görə də, təhlükəsizlik baxımından lazımi əsas təhlükəsizlik prosedurlarını yerinə yetirə bilməyən müəyyən kateqoriyalı sərnişinlərə (hamilə qadınlara,  15 yaşınadək sərnişinlər, uşaqlarla, heyvanlarla səyahət edən sərnişinlər, sağlamlıq imkanları məhdud olan insanlar) bu yerlərin satışına yol verilmir. 

Xidmətin göstərilməsi mümkün olmadıqda (təyyarə tipinin dəyişdirilməsi və s.) yüksək komfortlu yerlərə görə ödənilən məbləğ tamamilə geri qaytarılır.