Təyyarə biletlərinin geri qaytarılması və dəyişdirilməsi

"Buta Airways" aviaşirkəti sərnişinlərə baqajın daşınması, biletin maksimal  müddəti, habelə dəyişdirmə və qaytarılma şərtləri ilə fərqlənən iki sərfəli tarif - "Büdcə" və "Standart" tarifləri üzrə aviabiletlər təklif edir.

"Büdcə" tarifi üzrə aviabiletlər, məcburi geri qaytarılma halları istisna olmaqla, qaytarıla və ya dəyişdirilə bilməz (ətraflı).

"Standart" tarifi üzrə alınan aviabiletləri uçuşdan əvvəl,aviabiletin ilkin dəyərinin 50 faizi tutulmaqla, dəyişdirmək və geri qaytarmaq mümkündür .

Aviaşirkətin tarifləri arasındakı fərqlər  barədə ətraflı məlumat "Tariflər və xidmətlər" səhifəsində təqdim olunmuşdur.

Saytımızda onlayn alınan aviabiletin qaytarılması üçün +994 (12) 493 14 14 telefon nömrəsi və yaxud callcenter@butaairways.az elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət etmək lazımdır. Əgər aviabileti turizm şirkəti və ya agentlikdə almısınızsa, o zaman aviabiletin qaytarılması üçün müvafiq turizm agentliyinin kassasına müraciət etmək lazımdır. Aviabiletin bronlaşdırılması üçün kredit və ya debet kartı vasitəsilə ödəniş etdikdə vəsait 30 iş günü ərzində karta geri qaytarılacaq.

Aviabiletinizdə səhv aşkar etdiyiniz halda, həmin aviabilet rəsmiləşdirildiyi andan yalnız 3 (üç) saat ərzində, lakin cədvəl üzrə uçuşdan ən azı 3 saat əvvəl Aviaşirkət tərəfindən ləğv edilə bilər. Bunun üçün aviabiletin alındığı yerə müraciət etməyiniz xahiş olunur.