“Buta Airways” sərnişinləri üçün Kinderland-ə 25% Endirim

27.05.2022

Bugündən etibarən Buta Airways reysləri ilə uçuş həyata keçirən bütün sərnişinlər Kinderland giriş biletinə 25% endirim əldə edəcəklər.

Şərtlər aşağıdakı kimidir:

  • Endirimdən yararlanmaq üçün ziyarətçilər Buta Airways uçuş minik talonunu kassirə təqdim etməlidirlər;
  • Bileti təqdim edən ziyarətçinin adı və soyadı ilə, minik talonundakı sərnişinin adı və soyadı ilə üst-üstə düşməlidir;
  • Endirim 2021-ci ilin dekabr ayından etibarən uçuş həyata keçirən bütün sərnişinlərə şamil edilir;
  • Təqdim edilən bir minik talonu bir nəfər üçün endirimi nəzərdə tutur;
  • Endirimin yenidən istifadə edilməməsi üçün minik talonu ziyarətçidən götürülür.

“Dəniz Mall”-un 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 5 000 m² olan “Kinderland” Azərbaycanın ilk təhsilyönümlü uşaq əyləncə mərkəzidir.  Kinderland küçələri, mağazaları, bankı, xəstəxanası və hava limanı ilə sanki Bakının kiçik modelini xatırladır. Bu şəhərciyin hətta xüsusi valyutası da var – “KİNDİ”. Burada uşaqlar müxtəlif peşə sahibi rollarında çıxış edərək həm əylənir, həm də bu fəaliyyət sahələri barədə maraqlı məlumatlar əldə edirlər. “Airbus A319” təyyarəsinin 16 metrlik gövdəsindən hazırlanan instalyasiya və peşəkar uçuş simulyatoru isə xüsusi marağa səbəb olan guşələrdəndir. Şəhərcikdəki 60-dan çox peşə fəaliyyət növü 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub, 4 yaşa qədər körpələr üçün həmçinin, xüsusi oyun meydançası mövcuddur.

Son xəbərlər

04.08.2022

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiyaya daha bir istiqamət üzrə uçuşları bərpa edir

Ətraflı
14.06.2022

İyul ayında “Buta Airways” aviaşirkəti Ufa şəhərinə uçuşlar həyata keçirməyə başlayacaq

Ətraflı
02.06.2022

Azərbaycanın milli aviadaşıyıcısı Rusiyaya uçuşları bərpa edir

Ətraflı