Buta Airways mobil əlavəsi

31.01.2019

Artıq Android və iPhone əməliyyat sistemli smartfonların sahibləri Buta Airways rəsmi mobil əlavəsini yükləyə bilərlər.

Əlavə Azərbaycan, rus və ingilis dillərində sadə və rahat istifadəçi interfeysi təqdim edir.

Mobil əlavədə aviabiletlər ala, alınan aviabiletlərin bronunu idarə edə və xidmətlər əlavə edə, öz reysinizə qeydiyyatdan keçə və uçuş cədvəlini görə bilərsiniz. 

Mobil əlavə həmçinin müştəri xidmətlərinə onlayn müraciəti nəzərdə tutur.

iOS üçün əlavəni AppStore vasitəsilə yükləmək olar: https://itunes.apple.com/gb/app/buta-airways/id1435152673?mt=8 , Android üçün isə Google Play-dən yükləmək mümkündür.  https://play.google.com/store/apps/details?id=az.butaairways.app

Son xəbərlər

31.01.2019

Sərfəli səyahət Buta Airways mobil əlavəsi ilə daha asan oldu

Ətraflı
29.01.2019

“Buta Airways”-in reyslərində sərnişinlərin qeydiyyatı və əyləşdirilməsi qaydaları dəyişdirilir

Ətraflı
22.01.2019

“Buta Airways” Rusiyaya daha bir yeni istiqamət açır

Ətraflı