Həştərxan - Buta Airways

16.01.2019

“Buta Airways” aşağıbüdcəli aviaşirkəti Rusiyanın daha bir şəhəri – Həştərxana birbaşa aviareyslərə başlayıb.

Aviaşirkətin digər istiqamətləri kimi Bakı-Həştərxan (IATA:ASF) istiqaməti üzrə də minimal tarif 29 avro (bir tərəfə) təşkil edir. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamı yerinə yetirilir.

Həştərxan böyük balıq ovu üçün əlverişli olan yerləşimi ilə turistləri cəlb edir. Həştərxanda Volqa boyunca çay kruizləri təklif olunur. Çox sayda memarlıq və mədəni abidələr isə turistlərin burada daha bir neçə gün qalmasına səbəb olur.

 

Aviabiletləri elə indi bron edin.