Türkiyəyə giriş qaydaları - Buta Airways

Aşağıdakı şərtlər yerinə yetirildiyi təqdirdə Türkiyə vətəndaşları ilə yanaşı, bütün sərnişinlər reyslərə buraxılır:

Son 14 gün ərzində Əfqanıstan, Banqladeş, Braziliya, Hindistan, Nepal, Pakistan, Cənubi Afrika və ya Şri-Lankaya səfər edən sərnişinlər gəlişdən 72 saat əvvəl keçirilən PCR testin neqativ nəticəsini təqdim etməlidirlər. Bu tələb 12 yaşından kiçik sərnişinlərə şamil edilmir.

Əfqanıstan, Banqladeş, Braziliya, Misir, Hindistan, İran, Nepal, Pakistan, Sinqapur, Cənubi Afrika, Şri Lanka və ya Birləşmiş Krallıq istisna olmaqla, digər ölkələrdən gələn sərnişinlər gəlişdən ən çox 72 saat əvvəl keçirilmiş PCR testin neqativ nəticəsini və ya gəlişdən ən çox 48 saat əvvəl keçirilən COVID-19 anticismlərinin ekspress-testinin neqativ nəticəsini təqdim etməlidirlər. Bu tələb aşağıdakı şəxslərə şamil edilmir:

Misir, İran, Sinqapur və ya Birləşmiş Krallıqdan gələn sərnişinlər gəlişdən ən gec 72 saat əvvəl keçirilmiş PCR testin neqativ nəticəsini təqdim etməlidirlər. Misir, İran, Sinqapur və ya Birləşmiş Krallıq istisna olmaqla, digər ölkələrdən gələn sərnişinlər, Türkiyədə son təyinat məntəqəsində PCR testdən keçə bilərlər. Bu qayda 12 yaşından kiçik sərnişinlərə şamil edilmir.

Türkiyəyə səyahət edən bütün sərnişinlər (https://register.health.gov.tr ​saytında) xüsusi Giriş Anketini doldurmalıdırlar və qeydiyyat və ya gəliş zamanı təqdim etməlidirlər. Anket doldurmaq tələbi Türkiyədən tranzit keçən və bu ölkənin sərhədini keçməyən sərnişinlər üçün məcburi deyildir.

Bütün sərnişinlər 14 gün müddətinə karantinə yerləşdirilə bilərlər. Son 14 gün ərzində Əfqanıstan, Braziliya, Nepal, Cənubi Afrika və ya Şri-Lankaya səyahət etmiş sərnişinlər uçuşdan əvvəl otel bronuna malik olmalıdırlar. Həmin şəxslər, www.shgm.gov.tr/tr/covid-19-tedbirler/6599-izolasyon-otelleri  ünvanında göstərilən hökumət tərəfindən təyin olunmuş oteldə, öz hesablarına 14 günə qədər karantin şəraitində qalmalıdırlar.

Sərnişinlər 14 günə qədər özünütəcrid şəraitində qala bilərlər.

- Bu, gəlişindən ən az 14 gün əvvəl tam peyvənd edildiyini təsdiq edən COVID-19 peyvənd sertifikatıni təqdim edən sərnişinlərə şamil edilmir.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Uçuşunuzdan əvvəl ərazisindən yola düşdüyünüz və gəldiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.