Təyyarə menyusu - Buta Airways

"Buta Airways" aviaşirkətinin bütün reyslərində sendviç və uçuşdan öncə sifariş olunan isti yeməklərdən savayı (daha ətraflı məlumat bu səhifədə), yüngül qəlyanaltı və içkiləri sifariş etmək mümkündür.

Yemək və içkilərin aktual menyusunu bu keçid vasitəsilə yükləmək mümkündür. Sifariş vermək üçün aviaşirkətimizin təyyarə bələdçilərinə müraciət edə bilərsiniz.

Ödəniş nağd şəkildə manat, rubl, avro və ABŞ dolları ilə ödəniş gününə olan Azərbaycan Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq qəbul olunur.