Azərbaycana giriş qaydaları - Buta Airways

COVID-19 pandemiyası dövründə AZAL-ın xüsusi reysləri ilə Azərbaycana səyahət edən sərnişinlərin nəzərinə.

Həmin reyslərə aşağıdakı şəxslər buraxılır:

Yuxarıda göstərilən şəxslərin hər biri qeydiyyat zamanı uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19 dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Bir yaşdan aşağı olan uşaqlar üçün PCR testi tələb olunmur. Uşağın yaşı gediş tarixində müəyyən edilir.

Həmçinin, yuxarıda qeyd olunan sərnişin kateqoriyalarına əlavə olaraq, Rusiya, Türkiyə, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan, Qətər, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya, Yunanıstan, Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva,Malayziya, Səudiyyə Ərəbistanı və Yaponiya vətəndaşları və rezidentləri aşağıda müəyyən edilmiş şərtlərlə və Azərbaycan Respublikasının pasport və viza qaydalarına əsasən aviaşirkətin xüsusi reyslərinə buraxılır:

Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir. Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir. COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.

 

Türkiyədən uçarkən COVID-19 testini harada vermək olar?

∙ Türkiyədən uçduğunuz zaman, “Memorial Sağlık Grubu” klinikası və Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan birində testdən keçə bilərsiniz: https://covid19.saglik.gov.tr/TR-68720/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.html.

Gürcüstandan uçarkən COVID-19 testini harada vermək olar?
∙ Gürcüstandan Azərbaycana AZAL reysləri ilə uçarkən Synevo laboratoriyasının (www.synevo.ge) filiallarının birindən koronavirus infeksiyasının olmaması barədə arayış almalı və ya PCR testinin mənfi nəticəsi haqqında arayış təqdim etməlisiniz. Test nəticəsinin üzərində QR kodun olması arzu olunandır. Bu kodun mövcudluğu hava limanının gəliş terminalında rəsmiyyətlərin daha sürətli keçməsinə kömək edəcəkdir.
Ukraynadan uçarkən COVID-19 testini harada vermək olar?
∙ Median Laboratoriyası - https://median.kiev.ua
∙ CSD Laboratoriyası - https://www.csdlab.ua/
Rusiyadan uçarkən COVID-19 testini harada vermək olar?