COVID-19 pandemiyası dövründə Ukraynaya səyahət qaydaları - Buta Airways

Ukrayna vətəndaşları və Ukrayna ərazisinə giriş etmək üçün daimi yaşayış icazəsi olan şəxslərdə aşağıdakı sənədlərdən biri olmalıdır:

Ukrayna vətəndaşları və daimi yaşayış icazəsi olanlardan Ukraynaya qayıtmaq üçün neqativ test nəticəsi tələb olunmur.

Yaşı 18-dən yuxarı peyvənd olunmamış bütün Ukrayna vətəndaşları dövlət sərhədini keçdikdən sonra “Vdoma” mobil tətbiqini yükləməlidirlər. “Vdoma” mobil tətbiqini yükləmək mümkün olmadıqda və ya rədd edildikdə, şəxs müşahidəyə məruz qalır.

“Vdoma” tətbiqini yüklədikdən sonra sərnişin 72 saat ərzində PCR testindən və ya anticismlər üçün sürətli testdən keçməlidir. Neqativ nəticə əldə edildikdə, sərnişindən özünütəcrid tələb olunmur. Sərhədi keçdikdən sonra 72 saat ərzində testin neqativ nəticəsi alınmadığı təqdirdə, şəxs “Vdoma” tətbiqində avtorizasiya zamanı göstərdiyi yerdə 10 gün ərzində özünütəcrid şəraitində qalmalıdır. PCR testinin və ya anticismlər üçün sürətli testinin neqativ nəticəsi olduğu təqdirdə özünütəcrid vaxtından əvvəl dayandırıla bilər.

Rusiya və ya Hindistandan ölkəyə daxil olan və son 14 günün 7 günündən çoxunu bu ölkələrdə keçirən peyvənd olunmamış Ukrayna vətəndaşları, 14 gün ərzində özünütəcrid şəraitində qalmalıdırlar və özünütəcrid müddətindən yayınmaq və ya vaxtından əvvəl dayandırmaq üçün Ukraynada testdən keçə bilməyəcəklər.

12 yaşına çatmamış şəxslərdən testin keçirilməsi barədə arayışın, peyvədləmə haqqında sertifikatın təqdim edilməsi və özünütəcrid tələb olunmur.

12 yaşdan 18 yaşa qədər olan şəxslər yuxarıda göstərilən sənədlərdən birinə sahib olmalıdırlar, lakin “Vdoma” tətbiqini yükləməklə özünütəcriddən azaddırlar.

COVID-19 ilə bağlı anticismlər üçün testin keçirilməsi barədə arayış qəbul edilməyəcəkdir.

Hansı ölkədən gəldiklərindən asılı olmayaraq, istisnasız bütün əcnəbilərdə Ukraynada qeydiyyatdan keçmiş sığorta şirkəti və ya Ukraynada nümayəndəliyi olan və ya Ukrayna ərazisində tərəfdaş-sığorta şirkəti ilə müqavilə münasibətləri olan xarici sığorta şirkəti tərəfindən verilmiş və COVID-19 əleyhinə müalicə, müşahidə ilə əlaqədar xərcləri qarşılayan və Ukraynada qaldığı müddətdə etibarlı sayılan sığorta polisi (sertifikatı) olmalıdır.

Həmçinin aşağıda qeyd edilən sənədlərdən biri olmalıdır:

12 yaşına çatmamış şəxslər üçün test və ya peyvənd sertifikatı tələb edilmir.

Əcnəbilər Ukraynada PCR testindən keçə bilməz və ya özünütəcrid şəraitində qala bilməzlər. Test/ peyvəndləmə haqqında arayış və / və ya sığorta polisi olmadığı təqdirdə əcnəbilərin Ukrayna ərazisinə giriş və ya tranzitlə keçmək üçün Ukraynanın dövlət sərhədindən keçməsinə icazə verilməyəcəkdir.

Hava limanının tranzit zonasını tərk etməyən və Ukrayna sərhədini keçməyən (marşrutlarının son təyinat məntəqəsi olan ölkənin tələbləri ilə başqa bir qayda nəzərdə tutulmayıbsa) transfer sərnişinlərindən COVID-19 üçün PCR testinin neqativ nəticələri barədə arayışın və sığorta polisinin təqdim edilməsi tələb olunmur.

Yuxarıda göstərilən tələblər əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisini tərk etdiyiniz və ya səyahət etdiyiniz ölkələrin tələbləri barədə uçuşunuzdan əvvəl ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına və https://www.visitukraine.today saytına diqqət yetirməniz xahiş edilir.