“COVID-19” pandemiyası dövründə Rusiyaya giriş qaydaları - Buta Airways

Rusiya Federasiyasına gələn və/və ya tranzitlə keçən sərnişinlər üçün giriş qaydaları.

  1. Rusiya Federasiyası vətəndaşları, onların ailə üzvləri və Rusiyada daimi yaşayan vətəndaşlar üçün tələblər:

- Rusiya Federasiyası vətəndaşları Rusiya Federasiyasına yola düşməzdən əvvəl Dövlət və bələdiyyə xidmətlərinin vahid portalında “Rusiya Federasiyasına gələn reyslərin qeydiyyatı” bölməsindəelektron formada “Rusiya Federasiyasına gələn şəxslərin qeydiyyatı” anketini doldurmalıdırlar (aviabilet əldə edərkən, lakin reysə qeydiyyatdan gec olmayaraq). Anketə bütün lazımi məlumatlar daxil edildikdən sonra sərnişinin elektron poçtuna xüsusi QR-kod göndərilir. Həmin kod gəliş hava limanında sanitar-karantin nəzarətindən keçərkən “Rospotrebnadzor” orqanının əməkdaşına təqdim edilməlidir.

  1. Əcnəbilər üçün tələblər.

iPhone üçün:

https://apps.apple.com/app/id1541206996

Android smartfonları üçün:

 https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US

Huawei smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239

Tətbiqi smartfonunuza yüklədikdən sonra xarici pasportunuzu skan etməlisiniz.

Yalnız əvvəlcədən təsdiq edilmiş klinikalarda və ya laboratoriyalarda koronavirus infeksiyasına dair PCR-testdən keçmək lazımdır. Siyahı ilə bu səhifənin sonunda tanış ola bilərsiniz. PCR-testi ölkəyə girişdən 48 saat əvvəl alınmalıdır.

Klinikaların siyahısı, Azərbaycandan yola düşmə ölkəsi olaraq Rusiya Federasiyası seçildikdə smartfonunuzda “COVID-19-suz səyahət edirəm” ("Путешествую без COVID-19") tətbiqində də mövcüd olacaqdır. Testdən keçərkən sərnişin Rusiyaya uçduğunu klinikaya mütləq bildirməli və xarici pasport təqdim etməlidir.

Testin nəticəsi haqqında məlumat QR-kod skan edildikdən sonra mobil tətbiqdə yaşıl QR-kod şəklində saxlanılacaq. Bu kodu qeydiyyat masasında, eləcə də Rusiyaya gəldiyiniz zaman sərhəd keçid məntəqələrində təqdim etməlisiniz.

Səyahət zamanı telefonunuzda texniki problemlər yarandığı halda, sərnişində PCR-testin kağız nüsxəsi olmalıdır.

Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün zəruri deyildir:

- Rusiya Federasiyasının vətəndaşları üçün

- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcüd olduqda) və ilkin yola düşmə ölkəsində keçmiş test mövcüd olduqda.

- smartfonları olmayan uşaqlar və ya böyük yaş qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.

- Bu tələb Rusiya Federasiyası vətəndaşlarına şamil edilmir.

Yuxarıda göstərilən tələblər üçüncü mənbə tərəfindən təqdim edilib və əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Uçuşunuzdan əvvəl ərazisindən yola düşdüyünüz və ya gəldiyiniz ölkənin aktual tələbləri barədə ən son məlumatları almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.