İrana giriş qaydaları - Buta Airways

1. İrana gələn və ya ərazisindən tranzitlə keçən bütün sərnişinlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

- ilk enmə məntəqəsindən yola düşməzdən 72 saat əvvəl keçirilən COVID-19-a dair mənfi PCR test nəticəsi. Testin nəticəsi ingilis dilində olmalıdır və ya İran konsulluğu tərəfindən təsdiq edilməlidir. or

- gəlişdən ən azı 14 gün əvvəl tam peyvənd olunduqlarını göstərən ingilis dilində COVID-19 vaksin sertifikatı. Qəbul edilmiş vaksinlər: AstraZeneca (SK Bioscience), AstraZeneca (Vaxzevria), Covishield, Janssen, Moderna (Spikevax), Pfizer-BioNTech (Comirnaty), Sinopharm, Sinovac və Sputnik V. İsfahana (IFN) səyahət edən sərnişinlər üçün sertifikatın üzərində QR-kod olmalıdır.

Bu tələb 12 yaşından kiçik sərnişinlərə şamil edilmir.

2. Sərnişinlər gəliş zamanı öz hesablarına COVID-19 testindən keçə və karantin şəraitində qala bilərlər.

3. Yuxarıda göstərilən qaydalar əvvəlcədən xəbərdarlıq edilmədən dəyişdirilə bilər. Ərazisini tərk etdiyiniz və ya səyahət etdiyiniz ölkələrin tələbləri barədə ən son məlumatları uçuşunuzdan əvvəl almaq üçün IATA Səyahət Mərkəzinin veb saytına diqqət yetirməniz xahiş edilir.